1- İnsan bimədiklərinin düşmənidir. Biz ara-sıra "postmodernizm" sözcüyünü ağızlardan eşidir, kağızlarda oxuyuruq. Bunda qəbahət yoxdur, buna sevinməliyik. Çağdaş dünyada özünü bütün ədəbiyyat, incəsənət, bilim, və düşüncə sahələrinə sıramış bu terminlə maraqlanmağımız, irələyişimizin yaşıl işığıdır. Amma burda önəmli bir məsələ var: Vaxt olur bilmədiyimiz işə başımızı soxur, anlamadığımız anlayışa qatlaşırıq. Bununla da böyük bir fikri təcrübəni qavramadan onu geyim, yemək və saç modası səviyyəsinə qədər alçaldırıq. Bu turist davranışıdır. Şeir kitablarının ön sözündə, ağız ədəbiyyatı toplularının başlağıcında, adda-budda müsahibələrdə və nəhayət çayxana danışıqlarında söz başına postmodernizmi dimdikləyirik. Sən demə bu sözü vurğulamadan yazıçının avanqard olduğu gerçəkləşmir. Xəstəlik də elə burasındadır. Bizdə postmodernizmə barmaq uzatmaq, çox vaxt onun hərfi anlamından uzağa getmir: postmodern yəni modernizmdən daha sonra, daha yüksək, daha yaxşı və daha avanqard! Biz isə bunların hamısıyıq, köhnə deyilik. Bu iddəa tövlədə yatmış aslanla, inəkdir deyə, cəsarətlə əylənməyə bənzəyir.
2- Beş nəhəng düşünər, "Hüserl, Marks, Nitşe, Freyd və Haydeger"i anlamadan postmodernizm öz şərhini tapa biməyəcək. Bu ilkin dayanacaqdan hərəkətə keçdikdən sonra Frankfurt məktəbi, Quruluşçuluq (Strukturalizm), Post-quruluşçuluq, Yapısöküm (Dekonstruksia), feminizm, Üçüncü dalğa axımı və Multi-mədəniyyət kimi dayaqlar və qaynaqlarala qarşılaşırıq. Adlar tükənən deyil, hərəsi də bir hava çalır: İhab Həsən, Çarlz Cenkz, Lus İrigari, Fransua Lyotar, Jil Doloz, Jan Budriar , Mişel fuko, Feliks Gatari, və Riçard Rorti. Bu adlar qıraqda qalsın, irəli sürülən bəhslərin qaranlığında adamı dəhşət bürüyür: Çeşitli, qrmaqarışıq bəhslərin qatı və dərin qaranlığında. Postmodernizm söz oyunu deyil, bunu anlamağa Adorno və Horkhaymerrin modern dönəmə aid yazdıqları "aydınlamanın dialektıası" (Dialectic of Inlightenment) başlıqlı kitabları yetər.
3- Bayaq dedim post modernizmə maraq sevindiricidir. Hardasa bu marağın özü azərbaycan uyğarlığına gərəkli olan qaynaqları axıdıb gətirəcək. Gec də olsa bu axın artıq başlanmışdı, başlıca göstəricisi isə mişel fukonun "Müəllif nədir?" və Rolan Bartın "Müəllifin ölümü" başlıqlı məqalələrinin çevrilməsidir. Ancaq bu çalışmalar və bu dartışmaların gedişində yol verilmiş səhvlər bizi üşündürməyə bilməz. Çünki məntiqi məcralardan qırağa çıxmış dartışmalar postmodernizm barəsində əyri, bəzən də tərsə baxış formalaşdırır. Beləliklə biz yenə də tarixin başqa bir dönüş nöqtəsində yeni fikirlələ özgün tanışlıq fürsətini itiririk. Belə ki, bu dönüş nöqtəsinin məhsulu sayılan yeni bir düşünüş tərzi barədə ya gözümüzü yumuruq, ya da arxadan topuğa daş atırıq. Söhbət bu məktəbin pis-yaxşılığından getmir, bu barədə ağzına gələni, ağlına batanı söyləyənlərdən gedir. Bizimkilərin çoxu postmodern bilginlərdən danışanda çılpaq pop ulduzları haqda deyilən dedi-qodular yadımıza düşür. Bu da yüksək və ciddi düşüncələrə yiyələnməyə can atan ulusumuzun zəif damarına çevrilir. Demək, postmodernizm tarixi axarından çıxaraq və öz ilkin anlamından boşalaraq Sovet dönəmi tapdalanmış royaların cövlangahına çevrilir. Bu da pərişanlığın, puçluğun və duyğusallığın başqa adıdır: Zahirdə duyğusallıqla döyüşən duyğusallın. İstanislav Andreski deyir: "Şəffaf və məntiqi düşüncə bilginin artmasına gətirib çıxarır. (elmin gəlişməsi bunun ən yaxşı örnəyidir.) bilginin artması isə gələnəksəl intizamı gec-tez laxladır. Əvəzində pərişan düşüncə bizi heç bir yerə aparıb çxarmır. Ona uzun sürə meydan verirsək yenə də heç bir etki bağışlamayacaq."
4- Doğrudur, postmodernizm ağılın klasik anlamına inanmır, ciddi və saray sənətinə istehza gözü ilə baxır. Amma bu onun gülünc mahiyyətinə dəlalət etmir, insan toplumunda yayğın olan və klasik filosofların gözündən yayınmış fenomenlərə diqqətlə baxmağını göstərir. Karl Popper kimi ağılçı (rasionalist) bir filosofla Rolan Bartın ötəri müqayisəsində görürsənki klasik ağılçılıq ideoloji mahiyyət daşıyaraq nə qədər xolyalarda yaşayır. Elə bir filosof "liberalizm" deyə, kəsik baş kimi deyinərək gündəlik yaşamın acı gerçəklərindən uzaqlaşır. əvəzində Bart kimi bir düşünər hətta günaşıra yediyimiz yeməklərcə bizə yaxınlaşır.Unun yeməklərin quruluşuna göz qoyması təsadefi deyil. Baxmayaraq ki, bütün bunlar postmodernizmə bəraət qazandırmır, çünki bu anlayışda qəribə şarlatanlıqlar görənlər az deyildi. Örnəyin, Lu İrigari deyəndə ki, "Nitşe özünü (egonu) hər an partlayacaq atom çəkirdəyi timsalında görürdü," çoxları pıqqılti ilə gülüşürlər. Nə yazıq ki, bu görüşlərin bəzisi doğrudur, gülüşlər isə yersiz deyil.
5- Postmodernizm barəsində danışmağa mənim səlahiyyətim geniş deyil. Hətta burda söylənməsi gərəkli olmayan nədənlərə görə, bu axımın bəzi öncüllərindən, örnəyin Budriar və ya Doluzdan xoşum gəlmir. Maraqlı düşüncəni daha çox Hans Gadamer, Pol Rikor, Riçard Rorti və Yürgen Habermasda görürəm. Bilirəm romantizmin ağlağan insani quruluşçuluq qəbristanlığında gömüldüsə, azadlıq və ixtiyar simgəsi olan öznə (subyekt) də unun xaçında çarmıxa çkildi. Başqa sözlə, tarixi irəli sürüyən insan, toplumun və toplumdakı quruluşların əsirinə çevrildi. Mişel Fuko zehnimizi barlandırmaq istəyirdi, bizi "həqiqəti qondaran güc" və "bağmsızlığımızı hədələyən ideologiya" önündə güllə batmaz etmayə çalışirdı. Lakin hərdən şaşıram ki, o böyüklükdə bir adamın fikri tapıntıları qismən də olsa niyə paradoks üzərində qurulmalıdır? Məcazi həqiqət (hiper nreality) barədə sevimli Budriarın su lilləndirməsi bizə dərin bəsirət bağışlasa da, öznənin yenilgisinə gətirib çıxarır. Ancaq Jak Derrida kimi nəhəng bir filisofdan xoşum gəlmir desəm, bu işim Don Kixotun yel dəyirmanı savaşına getməsinə bənzəyəcək.
6- Postmodernizmə ögey yanaşmıram. əsasən Azərbaycan respublikasında postmodernizm baresində gedən ilk ciddi məqalə 1997-ci ildə başçılıq etdiyim Cahan dərgəsində yer alıb. O zaman bu məqalə vaxstından daha ertə işıq üzü gördüyü üçün qürbətə düşdüsə, 2000-ci ildən başlayaraq partlayış nöqtəsinə gəlmiş postmodernizm dartışmaları qızışmağa başladı. Hər şey də elə burdan korlandı. Ərsəyə gəlmiş yeni yazıçıların bəzisi düşmənlərini sıradan çıxarmaq üçün yazdıqları əsərin alnına postmodern möhürü basdılar. Postmodernizmlə əlaqəsi olmayan və ya onunla anlaşılmaz və gizli ilgilərdə! bulunan bu əsərlər çağdaş bir axımla tanışlıq imkanını əlimizdən aldılar. Burda məqsədim H. Herisçinin postmodern damğasını daşıyan "Nekroloq" romanı deyil, çünki Azərbaycanda bu axımla tanış olan adamlara barmaq uzatmaq istəsəm onun da adını çəkərəm.
Əlimizdən uçub getmiş imkana qayıdaq: postmodeernizm fəlsəfi, ədəbi və bədii bir axım olaraq Qərb uyğarlığının son elektron mərhələsinin özülündə dayanır. Belə bir önəmli fenomenə göz yummağın bahası faciə qədər böyük ola bilər. Qərb pratik baxımdan ağır sənaye mərhəsindən (yəni modernizmdən) yüngül informasia və bilgisayar mərhəsinə (yəni postmodernizmə) addımlamışdı. Bu adlayışın geniş nəzəri dayaqları var. Postmodernizmlə tanışlıqdan yan keçmək və ya onu yanlış, ötəri, sərsəri və dayaz biçimdə tanımaq bu nəzəri bazaya etinasız yanaşmaqdır. Açığını deyim: cəhlə etiraf etməyin qorxusu bizi pis günə qoya bilər.
7- vaxtı itirsək də çıxılmaz yoldsa deyilik. Əxlaqi öyüd verməyə səlahiyyətim olmasa da deməliyəm: Bir az alçaq könüllü, bir az ciddi, bir az düşüncə hərisi, bir az da bəsirət vurğunu olsaq bəşərin fikri tapıntıları ilə tanışlıq o qədər də çətin olmayaca. Ancaq postmodernizm kimi geniş, çox şaxəli,dərin və çox anlamlı axıma bir mənalı yanaşmaq, və onu gələcəyin düşüncəsi adına təpədən dırnağa mənimsəmək olduqca yersiz olacaq.
Bu material E.TAHAnın çapa hazırladığı "Azərbaycan toplumu və düşüncə afətləri" başlıqlı kitabından qıssaldaraq alınmışdır. Sadələşdirilmiş bu yazıda müəllif postmodernizm barədə danışmaq istəmir, onunla ilgili yanlışlıqları açıqlamağa çalışır.
Solita.NET
"Hosting & Internet service Company"
Baku, AZ1118 Azerbaijan
Tel:(+994) 50 522 22 08
E-mail:billing@solita.net
Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən daxili imkanlar hesabına gerçəkləşdirilən "ELEKTRON TURAN" - VİRTUAL AZƏRBAYCAN Milli-Kulturoloji layihəsinin bir hissəsi olan və 1 000 000-a yaxın e-istifadəçinin yararlandığı, İnternetdə anadilli şəbəkə resursların arasında xüsusi cəhətlərinə görə seçilən bu Virtual Elektron Kitabxananın inkişaf etdirilməsinə böyük ehtiyac duyulur. Qlobal dünyada informasiya təhlükəsizliyi problemini nəzərə alıb, bu e-kitabxananı Azərbaycanın inkişafı baxımından inkişaf etdirmək vacibdir.
Başqa qurumlar - dövlət və QHT-lər, eləcə də xeyriyyəçilər, bir sözlə, istənilən şəxs bizə dayaq durmaq istəyindədirsə, əlaqə telefonlarımızı, bank rekvizitlərimizi veririk:
Yeni Yazarlar və Sənətçilər Qurumunun “Texnikabank” ASC-ndəki hesab nömrəsi:
Virtual Milli Elektron Kitabxananda (e-axtarış sistemli) - 2000-ə yaxın İnternet səhifəsi olan portalda 1-5 saniyə ərzində Azərbaycan, türk, rus, ingilis və başqa dillərdə elmi, tarixi, bədii, dini, ictimai-siyasi kitabların elektron variantını əldə etmək mümkündür. Saytda, eləcə də dünya ədəbiyyatının ana dilimizə çevrilmiş müxtəlif tərcümələri yer alıb: istifadə etmək pulsuzdur.
Milli Virtual Kitabxanada dünya ədəbiyyatının - ədəbi-bədii, elmi-filoloji, fəlsəfi-kulturoloji düşüncəsinin maraqlı, bir sözlə bəşəriyyətin indiyə qədər yaratdığı dəyərli nümunələrindən ibarət intellektual e-resurs həm də Türk Dünyasının qlobal mədəni birləşməsinə, eləcə də mədəniyyətlərarası dialoqa, sivilizasiyaların yaxınlaşmasına xidmət edir...
Redaksiya-Ekspert Şurası:
Anar,
Azərbaycan Yazıçılar Birliyi sədri, xalq yazıçısı
Nizami Cəfərov,
Milli Məclisin Mədəniyyət Məsələləri daimi Komissiyasının sədri, akademik
Orxan Pamuk,
Türkiyə Cümhuriyyəti, Ədəbiyyat üzrə Beynəlxalq Nobel mükafatı laureatı
Oljas Süleymenov,
Qazaxıstanın xalq şairi
Hamlet İsaxanlı,
Xəzər Universitəsinin rektoru, professor, şair
Kamal Abdulla,
Bakı Slavyan Universitetinin rektoru, yazıçı, professor
Bəhruz Axundov,
"Təhsil" Nəşriyyatı-Poliqrafiya Birliyinin direktoru
Çingiz Abdullayev,
MDB Yazıçılar Konfederasiyasının İH üzvü, AYB katibi, xalq yazıçısı
Çingiz Əlioğlu,
AR Mədəniyyət və Turizm Nazirliyi, şair-tərcüməçi
Rizvan Əbilov,
Rusiya Federasiyası nümayəndəliyi
Şəmsəddin Küzəçi,
Türkiyə və İraq-Türkman nümayəndəliyi, şair, araşdırmaçı
Aydın Xan (Əbilov),
YYSQ sədri, Layihənin baş əlaqələndiricisi, YYSQ sədri, yazıçı-kulturoloq
XÜSUSİ QEYD:
Bu resursdaı materiallar - mətnlər və e-kitablar sayt rəhbərliyinin, həmçinin müəlliflərin icazəsi olmadan kommersiya məqsədi ilə çoxaldıla, eləcə də hər hansı bir başqa formada yayıla bilməz! Azərbaycan Respublikasının milli qanunvericiliyə və ölkəmizin qoşulduğu beynəlxalq sazişlərin bəndlərinə uyğun olaraq müəlliflik və əlaqəli hüquqlar tanınır...
Данный тексты не может быть использован в коммерческих целях...
Yeni Yazarlar və Sənətçilər Qurumu sədri,
yazıçı-kulturoloq Aydın Xan (Əbilov)